
Amerika-Azərbaycan Şurasından verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatının bir sıra şəhər və bölgələrində mayın 28-i “Azərbaycan Milli Günü” elan ediləcəkdir. Bu haqda diaspor təşkilatına Kaliforniya ştatının yerli icra hakimiyyətlərindən daxil olan təbrik məktublarında deyilir. Xüsusilə, Cənubi Kaliforniyanın Orenc dairəsinin və Irvin şəhərinin şuralarının qərarlarına görə, Amerikanın Azərbaycan mənşəli icmasının ştatın mədəni müxtəlifliyi, siyasi və iqtisadi həyatına verdiyi töhfələri nəzərə alaraq, onların yaşadıqları ərazilərin sakinləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü bayram edəcəklər.